Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan dünya və Avropa ölkələri üçün istər iqtisadi, istərsə də ticari baxımdan çox mühüm əhəmiyyət kəsb edir

0

  •        ​ ​ ​ Bu gün dünyada gedən çox ciddi və gərgin proseslər özunu olduqca aydın şəkildə büruzə verməkdədir. Xüsusilə Rusiya - Ukrayna müharibəsi fonunda Rusiya və Qərb arasında yaranmış gərginliklə müşahidə olunan siyasi durum, müxtəlif ölkələrin rəhbərlərini öz ölkələri üçün daha ağıllı və mühüm addımlar atmağa sövq edir. Azərbaycan Respublikasının Prezidenti Cənab ilham Əliyev də bu baxımdan çox ciddi və müdrik siyasi gedişlər edir, özünün balanslaşdırılmış siyasi görüşləri ilə​ ölkəmizin inkişafı naminə yorulmadan fəaliyyət göstərir. Məhz qeyd olunan balanslaşdırılmış xarici siyasətin nəticəsində ölkəmiz günü - gündən inkişaf edir, beynəlxalq müstəvidə öz​ mövqeyini daha da gügücləndirir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 30 sentyabr 2022 - ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstan respublikasına səfər etmişdir. Ölkə Başçısı yüksək səviyyədə qarşılanmış və Bolqarıstan respublikasının prezidenti Rumen Radev ilə görüşmüşdür. Ümumiyyətlə, Azərbaycan Prezidentinin Bolqarıstan respublikasına səfəri müxtəlif görüşlərlə zəngin olmuşdur. Burada Azərbaycan Prezidenti paytaxt Sofiya şəhərində Yunanıstan - Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində də iştirak etmişdir. Məlumdur ki, Azərbaycan hazırkı zamanda Avropanı enerji daşıyıcıları ilə təmin edən ən mühüm ölkələrdən biridir.​ ​ ​ ​ ​ ​ ​ ​ Eyni zamanda ölkəmiz müxtəlif iri infrastruktur layihələri həyata keçirməklə çox güclü tranzit ölkə mövqeyinə malikdir. Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan dünya və Avropa ölkələri üçün istər iqtisadi, istərsə də ticari baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Yeni inşa edilmiş Ələt Beynəlxalq Dəniz limanının istifadəyə verilməsi beynəlxalq ticarətin səmərəliliyini daha da artırır. Bir sözlə, son 20 ildə həyata keçirilən iri infrastruktur layihələri, enerji layihələri Azərbaycan iqtisadiyyatının güclənməsinə xidmət edir və ölkə iqtisadiyyatının neftdə asılılığını minimuma endirir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Bolqarıstana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti həmin ölkənin iş adamları ilə də görüş keçirmişdir. O, diqqəti​ ölkəmizdə geniş investisiya mühitinin olmasına yönəltmişdir. Prezident Bolqarıstanın iş adamlarını Azərbaycanda müxtəlif iqtisadi layihələrin həyata keçirilməsində iştirak etməyə dəvət etmişdir. Görüş zamanı məlum olmuşdur ki, hal - hazırda Bolqarıstanın iş adamlarından Azərbaycanda çalışanlar vardır. Azərbaycan Prezidentinin Bolqarıstanın iş adamları ilə görüşü, oradakı investorların ölkəmizə qarşı marağını birə - beş artırmışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ İki ölkə arasında humanitar sahədə əməkdaşlıq da yüksək səviyyədədir. Balkan yarımadasında açıq səma altında ən böyük muzey kompleksi məhz Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən "Trapezitsa" Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuşdur. 22 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Birinci vitse - prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və fondun vitse - prezidenti Leyla Əliyeva bu qoruğun açılış mərasimində iştirak etmişlər. Bütün bunlar onu göstərir ki, Azərbaycan - Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf edir və iki ölkə arasında yaranmış münasibətlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri misilsizdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Seyfəddin Əhmədov,  Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib61 dəfə
    Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan dünya Avropa ölkələri üçün istər iqtisadi istərsə ticari baxımdan çox mühüm əhəmiyyət kəsb edir

    Maraqlı gələ bilər
    60